Azərbaycanın “Flame” komandası İtaliyanın Pistoya şəhərində “Gimnastika hamı üçün” növü üzrə 5-ci “European Gym for Life Challenge” festivalında birinci olub.

Futbolinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb

“Flame” 74 komanda arasında uğurla çıxış edərək qızıl medal qazanıb. Kollektiv kiçik komandalar kateqoriyasında təqdim etdiyi kompozisiya ilə həm tamaşaçıların, həm də münsiflər heyətinin rəğbətini qazanıb.

“European Gym for Life Challenge” Avropanın ən nüfuzlu “Gimnastika hamı üçün” festivallarından biridir. European Gymnastics tərəfindən iki ildən bir təşkil olunan bu beynəlxalq tədbir müxtəlif ölkələrdən komandaları bir araya gətirərək, yaradıcılığın, texniki ustalığın və komanda ruhunun nümayiş etdirildiyi mötəbər platforma rolunu oynayır.

Shares: