Kabo-Verde millisinin müdafiəçisi Roberto Lopes yığmaya gözlənilməz şəkildə dəvət aldığını açıqlayıb. İrlandiyada doğulan futbolçu ilə ölkənin futbol assosiasiyası iş axtarışı üçün nəzərdə tutulmuş “LinkedIn” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayıb.
Qeyd edək ki, atası Kabo-Verdedə anadan olan Lopes ilk mesajı portuqal dilində aldığı üçün onu “spam” hesab edərək diqqətə almayıb: “9 ay sonra onlar mənə yenidən yazdılar, amma bu dəfə ingilis dilində. Soruşdular ki, Kabo-Verde millisində oynamaq təklifi barədə düşünmüşəmmi? Yalnız bundan sonra əvvəlcədən etməli olduğum işi gördüm və ilk mesajı “Google Translate” vasitəsilə tərcümə etdim. Sosial şəbəkə üzərindən əlaqə saxlamaları kifayət qədər qəribə görünürdü. Sonradan mənə izah etdilər ki, klubumla əlaqə yaratmaqda çətinlik çəkiblər. Qarşımdakı fürsəti anlayan kimi ilk dəqiqədən bu ideyanı dəstəklədim və lazım olan bütün sənədlərin hazırlanması üzərində işləməyə başladıq”.
Xatırladaq ki, Kabo-Verde millisi 2026-cı il dünya çempionatının 1/16 finalında əlavə vaxtda Argentinaya 2:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
