Nyu-York meri Zohran Mamdani 2026-cı il dünya çempionatının 1/8 finalında Argentina və Misir yığmaları arasında keçirilən oyunda hakimliyin qərəzli olduğuna eyham vurub.

Şəhərdə avtobusların hərəkətini sürətləndirməyə yönəlmiş yeni proqramın təqdimatı zamanı çıxış edən Mamdani deyib: “İndi avtobusla işə gedib-gələcəksinizsə, bu, xeyli daha sürətli olacaq. 6 ay ərzində avtobusda keçirdiyiniz vaxtdan 24 saata qənaət edəcəksiniz. Bir il ərzində isə yolda iki gündən artıq vaxta qənaət etmiş olacaqsınız. Bu o deməkdir ki, uşaq liqasının oyunları barədə mübahisə etməyə vaxtınız olacaq. Bu o deməkdir ki, ailəniz yatmazdan əvvəl evə qayıda biləcəksiniz. Bu o deməkdir ki, dostlarınızla Misirin haqsızlığa məruz qaldığı fikri ilə razılaşmağa da vaxtınız çatacaq. Ən əsası isə bu, Nyu-York sakinlərinə çox ehtiyac duyduqları vaxtın geri qaytarılması deməkdir”.

Xatırladaq ki, Argentina millisinin 3:2 hesablı qələbəsi ilə başa çatan görüşdə mübahisəli epizod yaşanıb. Misir yığmasının cinah oyunçusu Məhəmməd Salah rəqibin cərimə meydançasında yıxılsa da, oyunun fransalı baş hakimi Fransua Leteksye penalti təyin etməyib. Bu qərar Misir tərəfinin ciddi narazılığına səbəb olub.

Shares: