Viktor Vembanyama MBA təmsilçisi “San Antonio Spörz”la yeni müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Yeni razılaşmaya əsasən, 2025/2026 mövsümünün MBA pley-off finalçısı ilə bağlanan müqavilə 5 il müddətini əhatə edir. Vembanyama bu müddət ərzində ümumilikdə 252 milyon ABŞ dolları qazanacaq. Müqavilə 2027/2028 mövsümündən qüvvəyə minəcək.
Fransalı basketbolçu növbəti mövsümün yekununda MBA-nın ən dəyərli oyunçusu (MVP) seçiləcəyi, mövsümün ən yaxşı müdafiəçisi mükafatını qazanacağı və ya liqanın simvolik komandasına daxil olacağı təqdirdə maaş limitinin 30 faizi həcmində əməkhaqqı almaq hüququ əldə edə bilər.
Qeyd edək ki, Viktor Vembanyama 2023-cü il MBA draftında “San Antonio” tərəfindən ilk seçim kimi heyətə cəlb olunub. O, 2025/2026 mövsümündə komandasının MBA pley-offunun finalına yüksəlməsində mühüm rol oynasa da, “Spörz” həlledici seriyada “Nyu York”a seriyada 1:4 hesabı ilə uduzub. Vembanyama ötən mövsüm yekdilliklə MBA-nın ən yaxşı müdafiəçisi seçilib.
