Luka Modriç gələcəyi ilə bağlı qərar verməyib. Xorvatiya yığmasının kapitanının növbəti həftə bu barədə açıqlama verməsi gözlənilir.

Futbolinfo.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçinin “Milan”la başa çatan müqaviləsini daha bir illik uzatmaq imkanı var. Lakin o, ərəb ölkələrndən aldığı təkliflərdən brini dəyərləndirmək və ya karyerasını bitirmək variantları üzərində də düşünür.

Dünya Çempionatında mübarizəni dayandıran xorvatların liderinin tərəddüd etməsinin səbəbi “Milan”ın Çempionlar Liqasından kənar qalmasıdır. 40 yaşlı oyunçu ya ən yüksək səvyyədə oynamaq, ya da birdəfəlik vidalaşmağı seçməlidir.

Shares: