“Çelsi” tez bir zamanda Alexandro Qarnaçonu satmaq niyyətindədir. Londonlular ötən il “Mançester Yunayted”dən 46,2 milyon avroya aldığı hücumçunu elə bu qiymətə yola salmaq niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, Madrid doğumlu argentinalı özü də “Çelsi”dən bezib. 22 yaşlı hücumçu daim əsas heyətdə yer almaq istədiyindən özü üçün daha uyğun komanda axtarır.
Yeni baş məşqçi Xabi Alonso onun xidmətində maraqlı deyil. Bu səbəbdən Qarnaço məşqlərə buraxılmır.
Bir neçə gün öncə “Roma” onu icarəyə götürmək üçün “Çelsi”yə təklif göndərib. Lakin londonlular yalnız birdəfəlik satış variantını nəzərdən keçirir.
