Azərbaycanın qadınlardan ibarət U-20 millisi Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatı B divizionunda 9-14-cü yerlər uğrunda görüşdə Rumıniya seçməsi ilə qarşılaşıb.
Futbolinfo.az xəbər verir ki, oyun millimizin 64:50 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimiz son oyununu 12 iyulda, Bakı vaxtı ilə saat 19:00-da İsveçrə yığmasına qarşı keçirəcək.
Məlumat üçün bildirək ki, millimiz İsveçrəyə qalib gələrsə, Avropa çempionatını 10-cu sırada bitirəcək.
