Rafael Leao bu yay “Milan”dan ayrıla bilər. Portuqalyalı vinger iki real təklif alıb.

Futbolinfo.az xəbər verir ki, İtaliya klubu da onun satışında maraqlıdır. İstedadına rəğmən lider oyunçuya çevrilə bilməyən Leao getdikcə dəyər itirir. 27 yaşlı oyunçu üçün birvaxtlar 100 milyon avro təklif edilirdisə, indi qiyməti yarıbayarı enib.

Həm də Rafaelə Avropanın nəhəng klubları yox, Səudiyyə Ərəbistanı təmsilçiləri pul xərcləməyi lazım bilir. Hazırda “Əl-Nəsr” və “Əl-Qədisiyə” yarımmüdafiəçinin durumunu izləyir. “Milan” növbəti həftə yeni mövsümün hazırlığına başlayacaq. Sözügedən klublardan hansı daha çox xərcləməyi lazım bilsə, italiyalılar onunla danışıq aparacaq.

“Milan” Leaonu 7 il öncə “Lill”dən 49 milyon avroya alıb. Onun müqaviləsi 2 ildən sonra başa çatacaq.

Shares: