“İsveçrə millisi Argentina ilə matçda baş hakimin səhvinə görə uduzub”. Bunu Avropa təmsilçisinin baş məşqçisi Murat Yakın Argentina yığmasına qarşı DÇ-2026-nın 1/4 final mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis məğlub olduqları oyuna şərh verib: “Brel Embolonun ikinci sarı vərəqə alması üçün heç bir əsas görmədim. Bu, tamamilə adi oyun epizodu idi. Hakimin səhvi bizi cəzalandırdı və qəbuledilməz bir qayda ucbatından bu şəkildə mübarizəni dayandırmalı olduq.

Hakim və VAR-ın həmin qərarı necə qəbul etdiyini anlamıram. Bu qayda oyunun taleyini həll etdi. Bir daha təkrar edirəm, həmin epizodda sarı vərəqə göstərilməsi üçün heç bir səbəb yox idi. Belə vəziyyətdə hakim sadəcə oyunu davam etdirməli idi”.

Qeyd edək ki, Argentina İsveçrə seçməsinə 3:1 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.

Shares: