Kriştianu Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ciddi maliyyə çətinlikləri ilə üzləşib. Bu barədə “Arriyadiyah” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, klub rəhbərliyi maliyyə böhranı səbəbindən bir sıra inzibati və texniki məsələlər üzrə işləri dayandırmalı olub. Böhran futbolçuların maaş ödənişlərinə də təsir edib və əsas heyətin bir neçə üzvü iyun ayı üzrə maaşını yalnız qismən alıb. Rəhbərlik hazırda oyunçular qarşısındakı borcların ödənilməsi istiqamətində çalışır.

Bundan əlavə, maliyyə problemləri Marselo Brozoviçi əvəz edəcək əcnəbi futbolçunun transferi ilə bağlı danışıqlara da mənfi təsir göstərib. Klub rəhbərliyi maliyyə vəziyyəti normallaşana qədər bu məsələdə fasilə vermək qərarına gəlib.

Ötən mövsümün yekunlarına əsasən, “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionu olub.

Shares: