Formula 1 üzrə dünya çempionatında çıxış edən “Red Bull” komandasının pilotu Maks Ferstappen yaxın gələcəkdə yeni yarış mühəndisi ilə işləməyə başlayacaq.
Niderlandlı sürücünün uzun illərdir əməkdaşlıq etdiyi Cianpyero Lambyaze 2028-ci ildə “Maklaren” komandasına keçərək yarış direktoru vəzifəsini tutacaq. Məlumata görə, Lambyaze 2027-ci ildə “Red Bull”dakı aktiv fəaliyyətini dayandıracağı üçün Ferstappenin gələn mövsümdən etibarən Tom Hartla işləməsi gözlənilir. “Red Bull” da Hartın Ferstappenin, yaxud niderlandlı komandadan ayrılacağı təqdirdə onu əvəz edəcək pilotun yarış mühəndisi olacağını təsdiqləyib.
Qeyd edək ki, hazırda Ferstappenin təlimatçısı kimi çalışan Hart ötən ilin sonunda “Uilyams”la ilkin razılığa gəlsə də, “Red Bull”un təklifindən sonra həmin müqavilə ləğv olunmuşdu.
