Yay fasiləsində “Zirə”dən ayrılan Leroy Mikelsin yeni klubu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, 31 yaşlı hücumçu Almaniyaya qayıdıb.
Ruanda millisinin üzvü III Bundesliqa təmsilçisi “Valdhof”lə anlaşıb. Mikels Mannheym klubu ilə artıq rəsmi müqavilə imzalayıb və yeni komandasının Avstriyada təşkil olunan təlim-məşq toplanışına qoşulub.
Qeyd edək ki, Münhenqladbax “Borussiya”sının yetirməsi olan Leroy Mikels ölkəmizdə “Şamaxı” və “Zirə”nin formasını geyinib.
