İsveçrəli tennis əfsanəsi Rocer Federer Palma-de-Malyorkada yerləşən və bu il yenidənqurmadan sonra istifadəyə verilən Rafael Nadal Muzeyini ziyarət edib.
Muzey 2026-cı ilin may ayında genişmiqyaslı rekonstruksiyadan sonra yenidən açılıb. Burada interaktiv zonalar, multimedia ekspozisiyaları və tennisin “Böyük üçlüy”ünə həsr olunmuş yeni zal yaradılıb.
Federer muzeylə bağlı təəssüratlarını da bölüşüb:”Hər şey inanılmaz görünür, həqiqətən çox gözəl alınıb. Buraya nə qədər zəhmət sərf olunduğu hiss olunur, amma məni ən çox bu muzeyin yaratdığı emosiyalar təsirləndirdi. Mən onun ilk vaxtlarda necə göründüyünü xatırlayıram, indi isə hər şey tamamilə başqa səviyyədədir. Möhtəşəm görünür, ən xırda detallar belə düşünülüb. Bura xüsusi bir məkandır. Bütün komandaya təbriklərimi çatdırıram, bunu onlara şəxsən də demişəm. Siz fantastik iş görmüsünüz”.
