Formula 1-də Malayziya Qran-prisi cari mövsümün təqviminə qayıda bilər.
Çempionat Yaxın Şərqdəki vəziyyət səbəbindən keçirilməsi sual altında olan Bəhreyn Qran-prisini əvəz etmək üçün Sepanq trasını əsas namizədlərdən biri kimi nəzərdən keçirir.
Məlumata görə, Formula 1 Bəhreyn mərhələsi ləğv olunsa belə, Bakı və Sinqapur yarışları arasındakı boş həftəsonunu qorumaq niyyətindədir. Regiondakı təhlükəsizliklə bağlı qeyri-müəyyənlik mövsümün sonuna təsadüf edən Qətər və Əbu-Dabi Qran-prilərinin keçirilməsini də şübhə altına alıb.
Qeyd edək ki, Malayziya Qran-prisi 1999–2017-ci illərdə Sepanq trasında təşkil olunub.
