Avroliqanın iki nəhəng klubu – “Real” və “Barselona” heyətlərini yeni transferlərlə gücləndirib.
Madrid təmsilçisi Finlandiya millisinin basketbolçusu Mikael Yantunenlə 2027/2028 mövsümünün sonunadək nəzərdə tutulan iki illik müqavilə imzalayıb. Karyerası ərzində Belçika, Fransa və Türkiyə çempionluqları qazanan Yantunen ötən mövsüm “Fənərbağça” ilə Türkiyə çempionu, ölkə kubokunun və Superkubokunun qalibi olub.
“Barselona” isə Polşa millisinin 216 sm boya malik mərkəz oyunçusu Aleksandr Baltserovski ilə iki illik müqavilə bağlandığını rəsmən açıqlayıb. Son iki mövsümü İspaniyanın “Unikaxa” klubunda keçirən 25 yaşlı basketbolçu bu komanda ilə FIBA Çempionlar Liqasını, İspaniya Kubokunu, iki FIBA Qitələrarası Kubokunu və İspaniya Superkubokunu qazanıb.
