Braziliya millisinin və “Santos” klubunun hücumçusu Neymar kart oyunlarının onun futbol karyerasına mane olmadığını bildirib.
Təcrübəli futbolçu son vaxtlar ünvanına səslənən tənqidlərə sosial şəbəkə hesabı vasitəsilə cavab verib: “İnsanlar daim mənim poker oynadığımı deyirlər. Amma mən bu gün səhər məşqində iştirak etmişəm. Son oyunu buraxdım, çünki məşqlərə yenicə qayıtmışdım. Poker turnirinə isə istirahət günümdə getmişdim. Hazırda növbəti məşqə hazırlaşıram. Bir şeyi də sizdən soruşmaq istəyirəm: mənə məşq etmək olar, yoxsa buna görə də nəsə deyəcəksiniz?”
Bundan əvvəl 34 yaşlı futbolçu San-Pauluda keçirilən poker turnirində görüntüləndiyi üçün sosial şəbəkələrdə tənqid olunmuşdu. Buna səbəb onun “Santos”un Braziliya çempionatı və Cənubi Amerika Kubokundakı son oyunlarında meydana çıxmaması idi. “Santos” Neymarı iyulun 26-na keçən gecə Braziliya çempionatında “Şapekoense”yə qarşı keçiriləcək oyunda meydanda görəcəyinə ümid edir.
Neymar 2026-cı il dünya çempionatında Braziliya millisinin heyətində iki oyunda iştirak edib və bir qol vurub.
