Bu gün Peşəkar Futbol Liqasında (PFL) növbəti prezident seçkiləri keçirilir.
Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, “Holiday İn Baku” hotelində saat 12.00-da start götürən tədbir artıq başlayıb.
İndidən seçkinin nəticəsini də təxmin etmək olar.
Məsələ burasındadır ki, PFL-də prezidentliyə yalnız bir namizəd var ki, bu da hazırkı rəhbər Elxan Səmədovdur. Bu isə o deməkdir ki, rəqibsiz qalan Səmədov növbəti dəfə PFL prezidenti seçiləcək.
Yığıncaqda Peşəkar Futbol Liqasının İctimai Birliyinin hesabatı dinləniləcək, icra orqanının seçilməsi və digər məsələlər müzakirə olunacaq. Tədbirdə Azərbaycan Premyer Liqası, Birinci Liqa və İkinci Liqa klublarının nümayəndələri iştirak edir. Klubların təklif və fikirlərinin də nəzərdən keçirilməsi gözlənilir.
