Yeni mövsümdə 1-ci Liqada yarışacaq “Karvan Yevlax” heyətini gücləndirməyə davam edir.
Futbolinfo.az xəbər verir ki, Yevlax təmsilçisi heyətinə daha 5 yeni oyunçu cəlb edib.
Son olaraq “Mingəçevir”də oynamış müdafiəçi Xəyal Muradov, Rəhim Osman və Elmin Bayramovla 1 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi Aqil Nəsibov son olaraq “Şəfa” klubunda forma geyinib. Turan Vəlizadə isə “Səbail”dən transfer edilib. Hər iki yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
İbrahim Qədirzadə isə Yevlax klubunu tərk edib. Onun klubla müqaviləsinin müddəti başa çatıb.
