Fransa millisinin sabiq üzvü Matye Valbuena karyerasını Maltada davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, 41 yaşlı yarımmüdafiəçi 2-ci divizion təmsilçisi “Santa-Lusiya”ya keçib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla imzalanan müqavilə ilə bağlı hələlik məlumat verilməyib.

Qeyd edək ki, Valbuena son olaraq “Olimpiakos”un B komandasında çıxış edib. O, daha əvvəl “Marsel”, “Dinamo” (Moskva) və “Fənərbaxça”da da çıxış edib. O, Fransa millisində 52 oyun keçirib və 8 qol vurub.

Shares: