Bu il keçirilmiş dünya çempionatında vurulan ən yaxşı qol müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, FİFA-nın keçirdiyi azarkeş səsverməsinin nəticələrinə əsasən, mundialın ən yaxşı qolunun müəllifi Kabo Verde millisinin müdafiəçisi Sidni Kabral olub.
O, 1/16 final mərhələsində Argentina ilə oyunda (2:3, əlavə vaxt) 103-cü dəqiqədə fərqlənib.
Kabral səsvermədə Özbəkistan millisinin hücumçusu Eldor Şomurodov və Haiti yığmasının üzvü Vilson İsidoru qabaqlayıb. İlk “üçlüy”ü məhz bu futbolçular tamamlayıb.
Mükafata namizədlər arasında Kilian Mbappe (Fransa), Lionel Messi (Argentina), Cud Bellingem (İngiltərə) və Ferran Torres (İspaniya) da yer almışdı.
