“İlk 10 dəqiqədə “Dinamo”nun heç bir şansı yox idi. “Neftçi” möhtəşəm oynayırdı, sürətli hücumlar qurur, müdafiəni yarırdı. Amma 10-cu dəqiqədən sonra sanki “Dinamo” oyuna yeni gəldi. Komanda öz futbolunu oynamağa başladı və nəticədə çox yaxşı matç keçirdi. Bu, “Dinamo”nun mövsümdə göstərdiyi ən yaxşı 80 dəqiqə idi”.

Futbolinfo.az xəbər verir ki, bunu Belarus millisini sabiq futbolçusu Dmitri Baqa deyib.

36 yaşlı mütəxəssis UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Minsk “Dinamo”su ilə “Neftçi” arasında keçiriləcək cavab matçını dəyərləndirib. Onun fikrincə, Belarus klubu növbəti mərhələnin bir addımlığındadır: “Neftçi” doğma azarkeşləri önündə oyuna çox aqressiv başlamışdı. Hətta ilk iki qoldan sonra daha bir neçə dəfə fərqlənəcəklərini düşünürdüm. “Neftçi” cavab qarşılaşmasına da bu cür başlaya bilər. Buna görə də “Dinamo”lu futbolçular çox ehtiyatlı olmalıdırlar”.

Qeyd edək ki, Bakıdakı ilk oyunda “Dinamo” 4:2 hesablı qələbə qazanıb. Cavab görüşü iyulun 30-da Bolqarıstandakı “Beroe” stadionunda keçiriləcək.

Shares: