“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçin gələcək taleyi hələ də qeyri-müəyyən olaraq qalır.

Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Çorum” klubu 31 yaşlı futbolçunun transferində israrını davam etdirir.

I Liqadan Superliqaya yüksələn “Çorum”un növbəti mövsümlə bağlı hədəfi elitadakı yerini qorumaqdır. Buna uyğun heyət qurmağa çalışan rəhbərlik orta sahəni məhz Monteneqro millisinin üzvü ilə gücləndirmək niyyətindədir.

Türkiyə klubunun futbolçu ilə danışıqları yenidən bərpa etdiyi bildirilir. “Qarabağ” bir neçə dəfə qarşı tərəfin təklifini rədd etsə də, “Çorum” daha yüksək məbləğlə Azərbaycan klubunun qapısını növbəti dəfə döyəcək.

Qeyd edək ki, Marko Yankoviçin “Qarabağ”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Shares: