Bu gün UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab görüşləri başlayır. Növbəti mərhələyə adlayacaq ilk komanda məhz Azərbaycan çempionu “Sabah”ın oyununda müəyyənləşəcək.
Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda ötən həftə Bakıda 1:0 yendiyi Finlandiya təmsilçisi KuPS ilə rəqib meydanında qarşılaşacaq. Ümumiyyətlə, bu gün keçiriləcək 6 oyunun heç birində qonaq komandalardan ilk matçda uduzmayıb.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunları
19:00. KuPS (Finlandiya) – Sabah (Azərbaycan) (ilk oyun – 0:1)
20:00. Linkoln (Cəbəllütariq) – Myölbü (İsveç) (0:3)
22:00. Dinamo (Zaqreb, Xorvatiya) – Tun (İsveçrə) (1:1)
22:15. Çelye (Sloveniya) – Eqnatiya (Albaniya) (3:3)
22:45. Harts (Şotlandiya) – Şturm (Avstriya) (0:4)
23:00. Şamrok Rovers (İrlandiya) – Ararat-Ermənistan (Ermənistan) (0:2)
Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin son 8 oyunu sabah baş tutacaq.
