“Red Bull” komandası dördqat dünya çempionu Maks Ferstappenlə yeni uzunmüddətli müqavilə imzalamaq üçün danışıqları davam etdirir.

“Bild” nəşrinin yaydığı məlumata görə, hazırkı müqavilə 2028-ci ilin sonunadək qüvvədə olsa da, niderlandlı pilotun 2026-cı il mövsümündən sonra komandadan ayrılmasına imkan verən xüsusi bənd mövcuddur. “Red Bull” Ferstappeni komandada saxlamaq məqsədilə ona 2029-cu ilin sonunadək nəzərdə tutulan, erkən ayrılma bəndinin yer almadığı yeni müqavilə və hazırda illik təxminən 65 milyon avro olan maaşının artırılmasını təklif edib. Bildirilir ki, bu təklif bir neçə həftə əvvəl pilota və onun menecerlərinə təqdim olunub.

Rəsmi cavab hələ verilməsə də, tərəflər danışıqları davam etdirir və əməkdaşlığın uzadılmasında maraqlıdırlar.

Shares: