Almaniya millisinin idman direktoru Rudi Föller Argentina yığmasının sərgilədiyi oyun üslubunu dəstəkləmədiyini bildirib.

Sabiq futbolçu “Bild” nəşrinə açıqlamasında bunları söyləyib:  “Almaniya müdafiədə daha yaxşı oynamalıdır. Çoxları argentinalıları nümunə göstərirdi. Amma mən hesab edirəm ki, bu, pis nümunədir. Birdən-birə Argentina etalon komandaya çevrildi. Bu, bir qədər ikiüzlü müzakirədir. Mənə Argentina kimi oynayan komanda lazım deyil. Bunun futbolla heç bir əlaqəsi yoxdur. Bəli, onlar qüvvədə olan dünya çempionu idilər və son mundialda da finala yüksəldilər. Amma başa düşmürəm ki, niyə bu qədər insan bu komandanı tərifləyir”.

Xatırladaq ki, Rudi Föller 1986-cı ildə keçirilən dünya çempionatının finalında Argentina yığmasının qapısına qol da vurub.

Shares: