Meksika yığmasının sabiq hücumçusu Xavyer Ernandes (Çiçarito) MLS klubu “Atletiko Dallas”a transfer olunub.
Futbolinfo.az ABŞ təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 38 yaşlı forvardla 2 illik müqavilə imzalanıb.
Müqavilədəki şərtlərə əsasən, bu müddət daha bir mövsüm uzadıla bilər.
Qeyd edək ki, “Atletiko Dallas” 2027-ci ildən etibarən MLS-dən sonra ikinci güclü divizion sayılan USL-də mübarizə aparacaq.
