ABŞ-li UFC-nin orta çəki dərəcəsi üzrə çempionu Şon Striklend dünyanın ən nüfuzlu MMA təşkilatında döyüşçülərə ödənilən qonorarları sərt tənqid edib.

O, amerikalıların bu döyüşlərdən qazanc əldə etmədiyini xüsusi qeyd edib: “Bu döyüşlərdə pul qazanmaq olmur. Döyüşçülərin əksəriyyəti kasıbdır. Tutaq ki, qalib gəlirsən və döyüşə görə 20 min dollar qazanırsan. Bundan sonra menecerə payını verirsən, vergini ödəyirsən… Məğlub olsan, əlində cəmi 7-8 min dollar qalır”.

Striklend hesab edir ki, məhz buna görə UFC-də əcnəbi döyüşçülər daha çox uğur qazanırlar: “Bura Braziliyadan malikanələrdə yaşayan adamlar gəlirlər. Onlar üçün hətta 10 min dollar da böyük sərvətdir. Mənim Dağıstanda və Braziliyada dostlarım var, onlar döyüşlərdən qazandıqları pulla kral kimi yaşayırlar. ABŞ-də isə bu pulla iki aylıq kirayəni belə ödəyə bilməzsən”.

Shares: