Argentina prezidenti Xavyer Miley öz ölkəsinin millisinin ünvanına səsləndirilən tənqidlərin, azarkeşlərin irqçilikdə ittiham olunmasının və FIFA-nın komandaya gizli dəstək verdiyi ilə bağlı iddiaların koordinasiyalı kampaniyanın tərkib hissəsi olduğunu bildirib.
Onun fikrincə, bu kampaniya ABŞ Demokratlar Partiyası, eləcə də Braziliya və Meksika hökumətləri tərəfindən maliyyələşdirilib: “Bütün bunlar azadlıq ideyalarının qələbəsini istəməyən mütərəqqi düşüncənin nümayəndələrinin işidir”.
Argentina prezidenti kampaniyada ən böyük payın Luiz İnasio Lula da Silvanın rəhbərlik etdiyi Braziliya hakimiyyətinə məxsus olduğunu da xüsusi vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti 2026-cı il dünya çempionatının finalı ilə bağlı açıqlama vermişdi.
