İngiltərənin “Kick It Out” təşkilatı 2025/2026 mövsümündə futbolda ayrıseçkiliklə bağlı rekord sayda şikayət qeydə alındığını açıqlayıb.

Təşkilata bu cür hallarla bağlı 1744 müraciət daxil olub ki, bu da əvvəlki mövsümlə müqayisədə 25 faiz çoxdur, təsdiqlənmiş insidentlərin sayı isə ilk dəfə 1000-i keçərək 1255-ə çatıb. Şikayətlərin sayı peşəkar, həvəskar və onlayn futbol da daxil olmaqla bütün sahələrdə artıb, irqçilik isə 792 müraciətlə ayrıseçkiliyin ən geniş yayılmış forması olaraq qalıb.

Bununla yanaşı, seksizm, homofobiya, antisemitizm, əlillərə qarşı ayrı-seçkilik və islamofobiya ilə bağlı müraciətlər də rekord həddə yüksəlib. Təşkilat həmçinin kütləvi ayrı-seçkilik xarakterli şüarların, antiimmiqrant ritorikasının, hakimlərə qarşı təhqirlərin, eləcə də 18 yaşadək futbolçuların iştirak etdiyi insidentlərin sayında əhəmiyyətli artım qeydə alındığını bildirib.

Shares: