“Qarabağ”ın futbolçusu Zakariya Savonun son durumu açıqlanıb. Hücumçu uzun müdət ağdamlılara kömək edə bilməyəcək.

Klubdan verilən məlumata görə, UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) komandasına qarşı səfərdə keçirilən cavab oyununda zədələnən isveçli hücumçunun müayinəsi zamanı sağ bud əzələsinin qismən yırtıldığı aşkarlanıb.

Bildirilib ki, Savonun təxminən 8 həftədən sonra yaşıl meydanlara qayıtması gözlənilir.

Shares: