“Yuventus” “Bayer”nin hücumçusu Kerim Alaybeqoviçi heyətinə qatıb.

Futbolinfo.az xəbər verir ki, Turin klubu transferi rəsmi saytı vasitəsilə açıqlayıb.

İtaliya mətbuatının məlumatına görə, “Yuventus” bu keçid üçün 33 milyon avro ödəyəcək. Müqavilədə əlavə 7 milyon avro bonus da nəzərdə tutulub.

18 yaşlı bosniyalı futbolçu ötən mövsümü icarə əsasında “Zaltsburq”da keçirib. O, Avstriya Bundesliqasında 28 oyunda 9 qol vurub və 3 məhsuldar ötürmə edib.

Shares: