“PAOK-la oyunda səhvlərimiz oldu. Daha çox çalışmalı, başımızı dik tutmalı və irəli baxmalıyıq. Təsnifat mərhələsi davam edir, qarşıda bizi Konfrans Liqasında “Qarabağ”la oyunlar gözləyir. Meydanda layiq olduğumuzu sübut etməli və növbəti mərhələyə yüksəlməliyik”. Bunu Kiyev “Dinamo”sunun yarımmüdafiəçisi Roman Salenko Ukrayna mətbuatına açıqlamasında deyib.
Futbolinfo.az xəbər verir ki, 21 yaşlı oyunçu UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək oyunları dəyərləndirib: “Bilirəm ki, “Qarabağ” Çempionlar Liqasının ötən mövsümündə “Çelsi” ilə qarşılaşıb və səhv etmirəmsə, heç-heçə edib (2:2). Komanda çox keyfiyyətli futbol nümayiş etdirir. Güclü və çətin rəqibdir. Amma biz onları mütləq keçməliyik”.
Qeyd edək ki, “Dinamo” ilə “Qarabağ” arasında ilk oyun avqustun 6-da Polşanın Lublin şəhərində keçiriləcək.
