Azərbaycan millisinin futbolçusu Mahir Emreli yeni komandası “Rakuv”da növbəti qolunu vurub. İyulun 23-də Konfrans Liqasında “Valletta” ilə oyunda fərqlənən 29 yaşlı hücumçu dünən Polşa Ekstraklasasında “Slask”a məğlub olduqları görüşdə (1:2) hesabı açıb.

Futbolinfo.az saytının məlumatına görə, Emreli bununla uzun fasilədən sonra Polşa çempionatında adını tabloya yazdırmağı bacarıb. O, 2021-22 mövsümünün ilk yarısında formasını geyindiyi “Legiya”nın heyətində ümumilikdə 11, ölkə çempionatında isə 2 qol vurmuşdu.

Maraqlıdır ki, Mahir Ekstraklasada axırıncı dəfə məhz hazırkı komandası “Rakuv”u cəzalandırmışdı. Bu isə 2021-ci ilin 25 sentyabrına təsadüf edib. Bu isə o deməkdir ki, Emreli Ekstraklasada 59 aydan sonra qol vurub. Həmyerlimiz “Legiya”nın heyətində bütün turnirlərdə sonuncu qol sevincini isə 2021-ci ilin oktyabrında “Napoli” ilə Avropa Liqası matçında yaşamışdı.

Qeyd edək ki, “Rakuv” Mahir Emrelini Almaniya “Kayzerslautern”indən icarəyə götürüb.

Shares: