ABŞ-də Mauritsio Poçettinodan razıdırlar. Bu səbəbdən onun milli komanda ilə müqaviləsinin müddəti 2030-cu ilədək artırılıb.

Futbolinfo.az xəbər verir ki, 54 yaşlı argentinalı iki ildir ABŞ yığmasına rəhbərlik edir. Onun dövründə komanda sabit çıxışı ilə seçilib. Son mundialda da komanda 1/8 finaladək irəliləməyi bacardı.

Xatırladaq ki, bu, Poçettinonun ilk milli təcrübəsidir. O, daha öncə “Espanyol”, “Sauthempton”, “Tottenhem”, PSJ və “Çelsi” klublarında işləyib.

Shares: