Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin yeni komandası “Erzurumspor” transfer çalışmalarını davam etdirir.

Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Superliqa təmsilçisi daha bir oyunçunu heyətinə qatıb. Belçikanın “Antverpen” klubunun sağ vingeri Girano Kerk yeni mövsümdən “Erzurumspor”un formasını geyinəcək. Surinamlı oyunçu ilə artıq münasibətlər rəsmiləşib. 30 yaşlı hücumçu yeni komandasında məşqlərə də qoşulub.

Qeyd edək ki, “Erzurumspor” Nəriman Axundzadəni ABŞ-nin “Kolambus Kryu” klubundan birillik icarəyə götürüb.

Shares: