Böyük Britaniyanın sabiq  tennisçisi Qreq Rusedski  “Mançester Yunated” əfsanəsi Pol Skoulzu tennis matçına çağırıb. Buna səbəb Skoulzun futbolun tennisdən qat-qat çətin idman növü olduğunu deməsi olub.

Rusedski bu fikirlə qətiyyən razılaşmadığını bildirib: “Futbol və tennisi müqayisə etmək olmaz. Burada heç bir şübhə yoxdur. Polun “Futbol tennisdən qat-qat çətindir” dediyini eşitdim. Həyatımda bundan daha mənasız fikir eşitməmişəm. Gəl, Skoulz, tennis oynayaq və görək nə qədər davam gətirəcəksən. Daim istiqaməti dəyişməlisən, üstəlik əvəzetmə də yoxdur. Fiziki yüklənmədən danışırıqsa, tennis daha tələbkar idman növüdür. Bunun üzərinə daimi uçuşları, turnirlərdə iştirakı və öz komandanı saxlamaq üçün bütün xərcləri özünün ödəməsini də əlavə edin. Tennisi daha çətin idman növünə çevirən başqa çox amillər də var”.

Shares: