Bu ilin oktyabrında Azərbaycanda keçiriləcək U-15-lər arasında dünya çempionatının iştirakçıları müəyyənləşməkdə davam edir.
Futbolinfo.az xəbər verir ki, turnir üçün ölkəmizə gələcək daha bir yığma bəlli olub. Bu, Qırğızıstan seçməsidir.
Qırğızıstan Futbol İttifaqı artıq U-15 millisinə yeni baş məşqçi təyinatını da açıqlayıb. Bu posta təyin olunan Vladimir Saloya komandanı mundiala hazırlamaq tapşırığı verilib.
Qeyd edək ki, U-15-lərin dünya çempionatı oktyabrın 22-31-i aralığında keçiriləcək. Turnirdə 175-dən çox komandanın iştirakı gözlənilir.
