Qazaxıstan Futbol Federasiyası (KFF) niderlandlı mütəxəssis Con vant Sxipi milli komandanın baş məşqçisi vəzifəsinə təyin edib.

KFF-nin mətbuat xidmətinin məlumatında mütəxəssislə müqavilənin qurumun İcraiyyə Komitəsinin iclasından sonra imzalanacağı bildrilib.

Qeyd edək ki, Con vant Sxip məşqçilik karyerası ərzində Niderlandın “Ayaks”, “Tvente”, “Zvolle”, Meksikanın “Qvadalaxara” və Avstraliyanın “Melburn Siti” klublarına rəhbərlik edib. O, 2016-cı ildə “Melburn Siti” ilə Avstraliya Kubokunun qalibi olub.

62 yaşlı mütəxəssis həmçinin Yunanıstan və Ermənistan milli komandalarının baş məşqçisi vəzifəsində çalışıb.

Con vant Sxip futbolçu kimi “Ayaks” və İtaliyanın “Cenoa” klublarının formasını geyinib. O, “Ayaks”ın heyətində dörd dəfə Niderland çempionu (1982, 1983, 1985, 1990), üç dəfə isə ölkə kubokunun qalibi (1983, 1986, 1987) olub. Niderland millisinin üzvü kimi isə 1988-ci ildə Avropa çempionatının qızıl, 1992-ci ildə bürünc medalını qazanıb.

Shares: