“Gəncə” basketbol klubu Mirməcid İsmayılov ilə müqavilənin müddətini yeniləyib.
Bu barədə Futbolinfo.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Gəncə basketbol məktəbinin yetirməsi ilə qarşıdakı mövsümün sonuna kimi anlaşma imzalanıb. 21 yaşlı basketbolçu hücumçu mövqeyində oynayır.
