Dortmund “Borussiya”sının müdafiəçisi İan Koutu karyerasını İtaliya A seriyasında davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, “Komo” braziliyalı futbolçunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Koutu 2026/27 mövsümündə İtaliya klubunun formasını geyinəcək. Klublar arasındakı anlaşmada 20 milyon avroluq satınalma bəndi yer alıb.
Braziliya millisinin üzvü ötən mövsüm Dortmund təmsilçisinin heyətində 27 rəsmi matçda meydana çıxıb.
