İngiltərənin “Şeffild Yunayted” klubunun futbolçusu Ehije Ukaki karyerasını Azərbaycanda davam etdirə bilər.
Futbolinfo.az Nigeriya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı hücumçu Misli Premyer Liqasında çıxış edən bir klubun maraq dairəsindədir.
Ötən yay Bolqarıstanın “Botev” klubundan transfer olunan Ukakinin hazırda Belçika, Niderland, Türkiyə və Azərbaycandan təklifi var. Futbolçu əsas heyətə düşə bilmədiyindən, Çempionşip təmsilçisi də onu oyun praktikası qazanması üçün birillik icarəyə verməyi düşünür.
Qeyd edək ki, Ehije Ukakinin “Şeffild Yunayted”lə müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.
