Yığma komandamızın üzvü Toral Bayramov “Bursaspor”da debüt edib. O, Türkiyə I Liqasının ilk turunda “Bodrumspor”la səfər matçında meydana çıxıb.
Toral ikinci hissədə oyuna daxil olub. Matç “Bursaspor”un 2:0 hesablı qələbəsiylə başa çatıb. Qolları Keleçi İhenaço və Linkoln Henrike fasiləyədək vurub.
Toral bu yay “Qarabağ”dan “Bursaspor”a keçib.
