“Atletiko”nun hücumçusu Xulian Alvaresin “Barselona”ya mümkün transferi ilə bağlı vəziyyətə görə qəzəbli olduğu bildirilir. Bu barədə “Mundo Deportivo” məlumat yayıb.

10 avqustda 26 yaşlı argentinalı futbolçu klubun düşərgəsinə gəlib və tibbi müayinədən keçib. Mənbənin məlumatına görə, Alvares mümkün keçidi “Atletiko”nun baş məşqçisi Dieqo Simeone ilə müzakirə etməyi planlaşdırıb, lakin həmin gün məşqçinin İbitsaya uçduğunu öyrənib. Alvares “Atletiko”nun baş direktoru Migel Anxel Xill ilə də danışmaq istəyib, lakin onun da iş yerində olmadığı məlum olub.

Alvares hesab edir ki, Simeone onun mümkün ayrılığını müzakirə etmək üçün cəsarət göstərməyib. Nəşrin iddiasına görə, Alvares məşq bazasında bildirib ki, “Atletiko” gələcək mövsümdə ona ümid etməsin.

Ötən mövsüm Xulian bütün turnirlərdə 49 matç keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 100 milyon avro qiymətləndirir.

Shares: