“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev komandadan gedəcəyi ilə bağlı fikirlərə münasibət bildirib.

Futbolinfo.az saytına açıqlama verən təcrübəli “çərçivə” qoruyucusu bu barədə danışıb.

O, “Zirə”yə keçəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib: “Baş məşqçimiz Qurban Qurbanov bu barədə danışmışdı. Demişdi ki, Şahruddinin gedəcəyi barədə məndə məlumat yoxdur. Mən heç zaman rəqabətdən qaçmamışam. Hər zaman buna hazır olmuşam. Hazırda da bütün fikrim “Qarabağ”dadır”.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyevin adı bir neçə klubla hallanır.

Shares: