İngiltərənin “Nottingem Forest” klubu Portuqaliyanın “Sportinq” komandasının mərkəz müdafiəçisi Usman Diomandeni transfer edib.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə 4 illik müqavilə bağlanıb və sözləşmənin müddətinin daha bir il uzadılması nəzərdə tutulub.

Fildişi Sahili yığmasının üzvü olan müdafiəçi bu yay keçirilən dünya çempionatında da mübarizə aparıb.

Peşəkar karyerasına Danimarkanın “Mitdyulland” klubunda başlayan futbolçu 2022/2023 mövsümünün əvvəlində icarə əsasında “Mafra”da çıxış edib, 2023-cü ilin yanvarında isə “Sportinq”ə keçib. O, Lissabon təmsilçisinin heyətində 132 matçda meydana çıxaraq iki dəfə Portuqaliya çempionluğu və ölkə kubokunu qazanıb.

Diomande 2024-cü ildə Fildişi Sahili yığmasının heyətində Afrika Millətlər Kubokunun qalibi olub.

Shares: