“Tottenhem” klubunun sahibi olan Lüis ailəsi 2027-ci ildə fəaliyyətə başlaması planlaşdırılan MBA Avropa Liqasında da olmaq istəyir.

“The Athletic”in məlumatına görə, 2001-ci ildən “Tottenhem”in əsas səhmdarı olan ailə futboldan sonra basketbola da böyük sərmayə qoymağa hazırlaşır. Levis ailəsinin rəhbərlik etdiyi investor qrupuna daha əvvəl MLS və MHL klublarına sahib olmuş Çekets ailəsi və “Börnli” ilə “Espanyol”a yatırım edən Ekls ailəsi də daxildir.

FIBA və MBA-nın birgə layihəsi olan liqada 12 daimi klubun və seçmə mərhələdən gələcək 4 komandanın iştirakı planlaşdırılır. Londonla yanaşı Mançester, İstanbul, Paris, Lion, Madrid, Barselona, Berlin, Münhen, Afina, Roma və Milan da daimi komandaların yerləşəcəyi şəhərlər arasında göstərilir. London klubunu almaq uğrunda rəqabətin ciddi olduğu bildirilir və texnologiya milyarderi Nikeş Aroranın rəhbərlik etdiyi başqa bir investor qrupunun 1 milyard dollardan çox təklif verməyə hazırlaşdığı iddia olunur.

Shares: