“Qarabağ” bu gün Konfrans Liqasında növbəti oyununa çıxacaq.
Futbolinfo.az xəbər verir ki, Ağdam klubu turnirin 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə qarşılaşacaq.
Ukrayna təmsilçisi ilə Polşada keçirilən ilk oyunda Azərbaycan komandası 0:1 hesablı məğlubiyyətə üzülüb. İndi Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv doğma meydanda keçiriləcək cavab görüşündə mütləq inamlı hesabla qələbə qazanmalıdır. Əks halda uzun illərdir qrup mərhələlərində görməyə alışdığımız bu komanda üçün avrokubok mövsümü erkən bitə bilər.
Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq oyun saat 20:00-da başlayacaq. Görüşü İngiltərədən olan hakimlər idarə edəcək.
Konfrans Liqası
3-cü təsnifat mərhələsi
13 avqust
20:00. Qarabağ – Dinamo (Kiyev)
Baş hakim: Stüart Attvell (İngiltərə)
Tofiq Bəhramov adına respublika stadionu.
