MotoGP rəhbərliyi Formula 1-də olduğu kimi komandalar üçün büdcə limitinin tətbiqini planlaşdırır.

Çempionatın idman direktoru Karlos Espeleta bildirib ki, bu məsələ ilə bağlı istehsalçılara mövqelərini açıq şəkildə çatdırıblar. O qeyd edib ki, komandaların zavodlarla sıx əlaqəsi və fərqli təşkilati strukturları olduğundan büdcə məhdudiyyətinin tətbiqi asan olmayacaq.

Espeletanın sözlərinə görə, MotoGP tarixində indiyədək büdcə limiti olmayıb, çünki buna ehtiyac yaranmayıb. O, bəzi istehsalçıların daha az büdcə ilə uğurlu nəticələr göstərdiyini və bir sıra komandaların xərcləri əhəmiyyətli dərəcədə azaltmaq potensialına malik olduğunu vurğulayıb.

Shares: