İngiltərə Futbol Assosiasiyası (FA) “Everton”un niderlandlı hücumçusu Martin Şerifə mərc qaydalarını pozduğu iddiası ilə ittiham irəli sürüb.

20 yaşlı futbolçunun 20 noyabr 2024-cü ildən 12 fevral 2026-cı ilədək futbol oyunlarına 61 mərc etdiyi bildirilir. FA-nın qaydalarına əsasən, İngiltərədə peşəkar futbolçuların futbol matçlarına mərc etməsi qadağandır. Şerif ittihamlara avqustun 17-dək cavab verməlidir.

Niderlandın aşağı yaş qrupları üzrə milli komandasında çıxış edən hücumçu hələ “Everton”un əsas komandasında rəsmi oyun keçirməyib. O, ötən mövsüm icarə əsasında “Rotherham” və “Port Veyl”də çıxış edib.

Shares: