Kiprin “Pafos” klubunda çıxış edən Azərbaycan futbolçusu Murad Məmmədov yeni komandasında ilk qolunu vurub.

Futbolinfo.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Avstriyanın “Zalsburq” komandasına qarşı keçirilən görüşün 82-ci dəqiqəsində meydana sonradan daxil olub və 2 dəqiqə sonra fərqlənib.

Murad Məmmədov bu qolla “Pafos”un hesabı 3:3-ə çatdırmasına kömək edib. Lakin komandalar arasında Avstriyada keçirilən ilk oyunda “Zalsburq” 1:0 hesabı ilə qalib gəldiyi üçün mərhələ adlayan tərəf Avstriya təmsilçisi olub.

Shares: